29 avqust 2023 02:28
1503

Pizza nə vaxt yaranıb?

Arxeoloqlar Pompeydə eramızdan əvvəl 79-cu ildə hazırlanmış və müasir pizzanın xəbərçisi olan  natürmort freskası aşkar ediblər. Lakin həmin pizzanın üzərində   pendir və pomidor təsvir olunmayıb.

Onlar qeyd ediblər ki, İtaliyanın ikonik yeməyindəki  pomidor və mozzarellanın hazırlanması üçün lazım olan əsas inqrediyentlər təxminən 2000 il əvvəl fresk çəkilən zaman mövcud deyildi. Pomidorlar Avropaya  bir neçə əsr əvvəl Amerikadan gətirilib və bəzi tarixlərdə mozarellanın kəşfinin 1700-cü illərə təsadüf etdiyi və yaxınlıqda yerləşən Neapolda  birbaşa pizzanın üzərinə əlavə etmək üçün ixtira edildiyi deyilir.

 Pompey arxeoloji saytının direktoru Qabriel Zuchtriegel bildirib ki, gümüş nimçədə , dəbdəbəli şəraitdə təqdim edilən bu “qənaətli” yeməyin kontrastı müasir pizzadan fərqli deyil. O, həmçinin  pizzanın Cənubi İtaliyada kasıbların yeməyi kimi tanındığını, dünyanı fəth etmiş və hətta  restoranlarda sevilən qida kimi süfrəyə verildiyini də əlavə edib.

Qədim Roma şəhəri Pompey eramızdan əvvəl 79-cu ildə məhz Vezuvi dağının püskürməsi nəticəsində dağılıb. Qəfil və ölümcül hadisə şəhərin çox hissəsini vulkanik küldə, balyalanmış vəziyyətdə qoydu və bu şəhər indi böyük arxeoloji layihə və turistik məkana çevrilib.  Bu sənət nümunəsi də  arxeoloji qazıntılar zamanı üzə çıxıb və o dövrdə belə pizzanın hazırlandığını sübut edib.

 Müəyyən dövrdə tez hazırlanan , yoxsulların yeməyi kimi icad edilən pizza Romanın milli sərvəti kimi tanınır.  Bu gün pizza turistlərin qidalarının əsasını təşkil edir və İtaliya bundan  illik 15 milyard avro (16,4 milyard dollar) gəlir əldə edir.

 Qeyd edək ki, Neapolitanlı pizzaçının sənəti 2017-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu yemək növü xəmirin hazırlanmasının dörd mərhələsi və yalnız odun sobasında 485 dərəcə selsi (905 dərəcə Fahrenheit) temperaturda bişirilməsi ilə tanınıb.

Leyla Şıxəli, “İki sahil”