Britaniya kral ailəsinin gəlini olduqdan sonra həyat yoldaşı şahzadə Harri ilə vəzifəsindən imtina edərək ABŞ-da məskunlaşan aktrisa Meqan Markl pul qazanmaq üçün yeni plan hazırlayıb.
“İki sahil” xəbər verir ki, Marklın hədəfi sosial media fenomeni kimi pul qazanmaqdır. O, sosial mediada edəcəyi hər reklam paylaşımı üçün 1 milyon dollar qazanmağı düşünür.
"İnstagram"da da "Meghan" adlı hesabının açıldığı, lakin hələlik heç bir paylaşım olmadığı bildirilib.
Marklın yaxın dostlarının artıq bu hesabı izləməyə başlayıb.