SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon"u Sumqayıt şəhərinin Yaşma bağlarında qurulacaq.
“İki sahil” xəbər verir ki, 31 avqust saat 11:00-dan 12:00-dək "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası Sumqayıt şəhəri, Yaşma bağlarında (53-cü Dalan) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.