31 avqust 2023 02:37
618

Məşhurların hərraca çıxarılan qeyri-adi əşyaları

Məşhurların nəinki şəxsi həyatı, həmçinin geyindiyi geyimlər,istifadə etdiyi əşyalar  hər zaman birçoxları  tərəfindən böyük marağa səb olub.   Onlardan bəzilərinin  əşyaları hətta ölümlərindən sonra belə külli miqdarda pul qarşılığında hərraca qoyularaq  sevənləri tərəfindən alınmışdır. Hətta satılan həmin əşyalar sırasında geydikləri corablardan tutmuş yedikləri çörək parçalarına qədər var. Məhz buna görə  gəlin  məşhurların hərraca çıxarılan ən qeyri-adi əşyaları haqqında bəhs edək.

Elvis Preslinin stəkanı və İncili

Məşhur müğənni Elvis preslinin əşyaları hələ də tez-tez auksionlarda satılır.  Məsələn, müğənninin səhnə geyimlərindən biri 300.000 dollara satılıb. Lakin buna da qeyd edək ki, Elvisin nəinki səhnə geyimləri, həmçinin onun şəxsi əşyaları da həmin auksionlarda külli miqdara satılıb. Müğənninin “ İncil” i belə həmin auksionların birində  94.000 dollara onun fanatı tərəfindən satın alınıb.Bu yaxınlarda isə  onun stəkanında qalan su belə satılıb. Auksiona çıxarılan bu stəkan 500 dollara Elvisseverlər tərəfindən alınıb.

Merilin Monronun döş qəfəsinin rentgenoqrafiyası

Müntəzəm olaraq  tibbi müayinələrdən keçən Merlin Monronun növbəti həkim müayinəsi  zamanı  çəkdirdiyi  döş qəfəsinin rentgenoqrafiyası belə auksiona çıxarılaraq 45 min dollara satılmışdı. Həmçinin, 2022-ci ildə  Merilin Monronun 175-dən çox şəxsi əşyası “Julien's Auctions” və “TCM Present” evlərinin birgə hərracına çıxarılaraq orada  satılıb.  Bu auksionda Monronun pərəstişkarları təkcə onun  paltarları deyil, həm də aktrisanın istifadə etdiyi kosmetikanı, xüsusən də qırmızı dodaq boyası və saxta kirpikləri satın alıblar.

Kraliça Viktoriyanın ipək corabları və alt paltarı

2011-ci ildə Şotlandiyada Lyon and Turnbull evi vasitəsilə hərraca çıxarılan kraliça Viktoriyanın alt paltarı və ipək corabları bir neçə min funta satılıb.

Ledi Qaqanın dırnağı

Müğənninin “The Born This Way Ball” albomunun buraxılışına həsr olunmuş konsert zamanı onun taxma  dırnaqlarından biri qopmuşdu.  Qaqanın fanatlarından biri bu dırnağı tapdıqdan sonra, onu auksionda  12 min dollara satmışdı.

Castin Timberleykin çörək parçası

2000-ci illərin əvvəllərində Castin Timberleyk Z-100 radiosunda səhər şousunda iştirak edirdi. Şounun formatına Castinin  səhər yeməyi də daxil idi. Həmin səhər yeməyi zamanı Castinin axıracan yemədiyi  çörək parçası sonradan hərracda 3154 dollara satılmışdı. Həmin satışdan toplanan  pullar isə xeyriyyə işlərinə yönəldilmişdi.

Napoleon Bonapartın öldüyü otağın açarı

Fransa imperatoru Napoleon Bonapartın Müqəddəs Yelena adasında sürgündə olduğu zaman öldüyü otağın açarı “Sotheby's” ticarət şəbəkəsində təxminən 112 min ABŞ dollarına satılıb.

Briti Spirsın saqqız və hamiləlik testi

Müğənni ehtiyatsızlıq edərək çeynədiyi  saqqızı London restoranlarından birində  unudur. Həmin masanın təmizliyə cavabdeh olan ofisiantı isə həmin saqqızı götürərək onu auksionların  birində  14 min dollara satmışdı. Britni Spirsin auksionda satılan qeyri-adi əşyalarının siyahısı  bununla bitmir. Qəribə səslənsə də,  lakin müğənni tərəfindən otellərin birində unutduğu hamiləlik testi belə onu tapan otel işçisi tərəfindən auksionda satılmışdı. Onu əldə edən müğənninin fanatı həmin testə görə nə az, nə çox 5001 dollar ödəmişdi.

Skarlet Yohansonun burun dəsmalı

Məşhur “ Tonight” şousuna dəvətli olunan aktrisa verilişə gələrkən özünü pis hiss edir. Soyuqdəymədən əziyyət çəkən Skarlet verilişdə olarkən ağılına gözəl bir fikir gəlir. O, burun dəsmalını satmaq qərarına gəldiyini elan edir. Çox maraqlıdır ki, həmin  dəsmal  5300 dollara satın alınıb. Burun dəsmalının satışından  əldə olunan gəlir isə xeyriyyə işinə sərf olunur.

Ceniffer Lourensin idman geyimi

Müxtəlif idman növləri ilə məşğul olan aktrisa idman geyimlərinə küllü miqdarda pul xərcləyir. Bu yaxınlarda onun idman edərkən geyindiyi geyimlərdən biri auksionda 3175 dollara satılmışdı.

Maykl Ceksonun əlcəkləri

Maykl Ceksonun bir çox geyimləri ilə yanaşı onun  “Mookwalk” albomunda geyindiyi bəyaz əlcəkləri 2009-cu ildə 350 min dollara, digər əlcəyi isə 160 min dollara satılmışdı. Lakin bununla məşhurun ölümündən sonra satılan əşyaların bu siyahısı bitmir. Məşhur pop kralının çirkli alt paltarı belə onun ölümündən sonra auksionların birində 1 milyon dollara satılmışdı. Həmçinin, 2019-ci ildə Maykl Ceksonun ilk dəfə ay gəzintisi rəqs texnikasını ifa etdiyi məşhur corabı “Gotta Have Rock and Roll” hərracında satışa çıxarılmışdı. Maykl Cekson modelyer Bill Uitten tərəfindən hazırlanan süni qaşlarla bəzədilmiş corabı  “Victory Tour” (1984-cü il) turunun uğurlu təşkilinə görə minnətdarlıq məktubu ilə birgə meneceri Frenk Dileoya hədiyyə etmişdi. Qeyd edək ki, Maykl Cekson həmin corabı  ilk dəfə 1983-cü ilin mart ayında “Motown Records” səsyazma kompaniyasının 25 illiyinə həsr olunan şouda “Billie Jean” mahnısını ifa edərkən səhnəyə çıxmışdı. Həmin şouda o, dünyanın ən populyar rəqs texnikalarından birinə çevrilən ay gəzintisini ifa etmişdi.

Qraymsın ruhu

Məşhur müğənni və rəssam Qrayms müasir incəsənət qalereyalarında eyni vaxtda iki onlayn sərgi təşkil edərək bura bütün  əsərlərini yerləşdirdi. Çox maraqlıdır ki,  Qraymsın rəsmlərindən başqa, sərgidə qeyri-adi “rəsmi sənəd”də yer almışdı. Həmin sənədə görə,  müğənni ruhunun bir hissəsini də satışa çıxarıb. Lakin onun  10 milyon dollara satdığı ruhunun bu günə kimi alıcısı olmayıb.

Con Lennonun dişi

“Bitlz”ın yaradıcısı Con Lenon çəkdirdiyi dişi belə auksionların birində 30 min dollara satmışdı. Çox maraqlıdır ki, həmin dişi elə Lennonun həkimi əldə etmişdi. Qəribə səslənsə də, həkim çıxardığı dişi   çərçivəyə salıb otağında asmışdı.

Castin Biberin saç teli

Bir gün bərbərə gedən epotaj müğənni  Castin Biber kəsdirdiyi   saçının bir telini saxlamaq qərarına gəlir.  Daha sonra o, həmin saç telini auksionların birində 40.000 dollara satır. Həmin saç telinin satışından əldə edilən pul isə  evsiz heyvanlara kömək edən xeyriyyə təşkilatına göndərilir.

Kanye Uestin nəfəs aldığı hava

Qeyri-adi hərəkətləri ilə seçilən reper Kanye  Uestin konsertlərindən birində maraqlı bir hadisə baş vermişdi. Belə ki, onun pərəstişkarlarından birinin iddialarına görə, o, reperin konsertdə udduğu  hava torbasını əldə edib. Daha sonra həmin hava torbası  60 100 dollara reperin digər fanatı tərəfindən alınmışdı.

 Analojı hadisə Ancelina Coli və Bred Pittində başına gəlmişdi. Onların fanatlarından biri onların nəfəs aldığı hava torbasını auksionların birində 500 dollara satmışdı.

Samirə Tağıyeva, “İki sahil”