Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə xalqının milli istiqlal tarixinin şanlı səhifəsi olan Zəfər bayramı münasibətilə keçirilən tədbirdə bildirib.
Vurğulanıb ki, bu gün iki qardaş ölkə arasında iqtisadi, ticarət, təhsil, səhiyyə, mədəniyyət sahələrində və ordu quruculuğunda əməkdaşlıq uğurla davam etdirilir.
Qeyd olunub ki, bu da hər iki ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsidir.
Fuad Nəcəfli Zəfər bayramı münasibətilə bir daha təbriklərini çatdırıb, Türkiyə dövlətinə və xalqına daha böyük zəfərlər arzulayıb.
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Milli Məclisin sədri: İƏT ölkələri hər zaman Azərbaycanla həmrəylik nümayiş etdiriblər
Sahibə Qafarova: İslam dünyası ortaq çağırışlara qarşı birgə fəaliyyət göstərməlidir
Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür