31 avqust 2023 11:09
688

SOCAR-ın törəmə müəssisəsi adını dəyişib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi - “Caspian Engineering Procurement and Construction” MMC adını dəyişib.

“İki sahil” xəbər verir ki, şirkət artıq “SOCAR Projects” adlanır.

Xatırladaq ki, “Caspian Engineering Procurement and Construction” 2021-ci ildə yaradılıb. Onun hüquqi ünvanı SOCAR-ın vaxtilə baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 73, nizamnamə kapitalı isə 10 min manat, qanuni təmsilçisi isə Fərid Məzahir oğlu Hacıyevdir.