"Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Qırğızıstan dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir".
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sadır Japarova təbrik məktubunda qeyd edib.
“Əminəm ki, ortaq köklərə, qardaşlığa, qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi, yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - dövlət başçısı əlavə edib.
Milli Məclisin sədri: İƏT ölkələri hər zaman Azərbaycanla həmrəylik nümayiş etdiriblər
Sahibə Qafarova: İslam dünyası ortaq çağırışlara qarşı birgə fəaliyyət göstərməlidir
Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür
Azərbaycanın namizədi ilk dəfə BMT-nin Uşaq Hüquqları Komitəsində təmsil olunacaq