“Ermənistan Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə - “Laçın” sərhəd-keçid məntəqəsinə gətirib. Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan korrupsioner Avropa siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu kimi addımların heç bir mənası yoxdur:
“Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək”.
Milli Məclisin sədri: İƏT ölkələri hər zaman Azərbaycanla həmrəylik nümayiş etdiriblər
Sahibə Qafarova: İslam dünyası ortaq çağırışlara qarşı birgə fəaliyyət göstərməlidir
Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür
Azərbaycanın namizədi ilk dəfə BMT-nin Uşaq Hüquqları Komitəsində təmsil olunacaq