31 avqust 2023 11:54
215

Hikmət Hacıyev: Ağdam-Xankəndi yolundan imtina rasizm və diskriminasiyadır

15 avqust səfərimizdə diplomatik korpusun nümayəndələri ilə birgə Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyətinin olduğuna şahid olmuşduq.

“İki sahil” xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ınhumanitar yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.

“Təəssüflər olsun ki, bu müddət ərzində yenə də siyasi manipulyasiyalarla Ermənistan və Ermənistanın Azərbaycanın Qarabağ bölgəsindəki yaratdığı və bu günə qədər dəstəkləməyə davam etdiyi qondarma kriminal rejim tərəfindən bu yolun açılmasına imkan verilmir. Azərbaycan tərəfindən dəfələrlə bəyan edilmişdir ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir, bu yol vasitəsilə istənilən yükün çox qısa müddətdə Xankəndinə və ətraf ərazilərə çatdırılması təmin oluna bilər. Bu yoldan bu şəkildə imtinanın edilməsini rasizm və diskriminasiya kimi qiymətləndiririk”, - o əlavə edib.