“Xankəndidə yaşayan mülki erməni vətəndaşların nümayəndələri ilə əlaqə saxlanmışdı. Dialoq üçün Yevlaxda görüş planlaşdırıldığı halda ermənilər süni humanitar böhran görüntüsü yaratmağa çalışıbdılar və beynəlxalq aləmi də aldatmaq üçün səylər göstərildi”.
“İki sahil” xəbər verir ki, bunu diplomatik korpus nümayəndələri ilə Ağdam-Xankəndi yoluna səfər etmiş Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
O bildirib ki, Türkiyə bu müddətdə Azərbaycanın səylərini sona qədər dəstəkləməyə davam edir: “Əgər söhbət humanitar böhrandan gedirsə, Xankəndi ilə aramızda 16 km məsafə var, və Ağdam – Xankəndi yolu hər cür humanitar yüklərin daşınması üçün açıqdır. Türkiyə də bu istiqamətdə Azərbaycanın atdığı addımları dəstəkləyir”.
Milli Məclisin sədri: İƏT ölkələri hər zaman Azərbaycanla həmrəylik nümayiş etdiriblər
Sahibə Qafarova: İslam dünyası ortaq çağırışlara qarşı birgə fəaliyyət göstərməlidir
Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür
Azərbaycanın namizədi ilk dəfə BMT-nin Uşaq Hüquqları Komitəsində təmsil olunacaq