31 avqust 2023 12:22
206

Azərbaycan XİN Malayziya və Qırğızıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Malayziyanı Milli Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

“Milli Gün münasibətilə Malayziya hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik!”, - paylaşımda qeyd olunub.

Azərbaycan XİN eyni zamanda Qırğızıstanı da Milli Günü münasibətilə təbrik edib.