“Bir daha qeyd etmək istərdim ki, Azərbaycanın sərhədləri daxilində, Azərbaycanın mərkəzi hökumətinin nəzarətindən kənar hər hansı bir ərazinin mövcud olması qəbuledilməzdir”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın humanitar yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan xoşməramlı niyyət göstərərək reinteqrasiya prosesi ilə əlaqədar öz fikirlərini təqdim edib, amma bundan imtinaya görə də məsuliyyət tam şəkildə qondarma rejimi təmsil edən müharibə cinayətkarlarının üzərinə düşür: “Orada yaşayan sadə erməni sakinləri də bilavasitə həmin rejimin nümayəndələrinin, bu qanunsuz hərbi xuntanın əsarəti altındadırlar və onlar öz mövcudluqlarını məhz bu kimi aqressiv ritorika ilə, müharibə ritorikası ilə əsaslandırmağa çalışırlar. Gördüyünüz kimi bunların heç bir əsası da yoxdur. Yüklər burdadır və bu yüklərin ən tez zamanda çatdırılması təmin oluna bilər. Gələcəkdə də hər hansı yüklərin daşınması üçün Ağdam-Xankəndi yolu bütün texniki imkanlara malikdir. Təkar qeyd etmək istərdik ki, Azərbaycan tərəfi Qarabağın erməni sakinlərinin nümayəndələrini təmaslara və dialoqa da dəvət etmişdir ki, reinteqrasiya ilə əlaqədar bütün məsələlər müzakirə olunsun. Ona görə də bir daha diplomatik korpusun nümayəndələrinə təşəkkür edirik ki, onlar bu hadisələri öz gözləri görürlər və onlar eyni zamanda bu faktları öz ölkələrinin aidiyyəti orqanlarına çatdıracaqlar. Bu ermənilərin və onların bəzi havadarlarının yaratdığı və yaratmağa çalışdığı yalan mühitinin növbəti darmadağın edilməsi faktıdır”.
Milli Məclisin sədri: İƏT ölkələri hər zaman Azərbaycanla həmrəylik nümayiş etdiriblər
Sahibə Qafarova: İslam dünyası ortaq çağırışlara qarşı birgə fəaliyyət göstərməlidir
Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür
Azərbaycanın namizədi ilk dəfə BMT-nin Uşaq Hüquqları Komitəsində təmsil olunacaq