“Kimlərsə düşünürsə ki, Azərbaycan ərazisindən Laçın yolundan silahların daşınması, minaların daşınması, qanunsuz daşınmaları həyata keçirəcəklər, bütün bunların erası başa çatmışdır”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.
“Bir faktı da qeyd edim ki, 30 il ərzində Ermənistan işğal və təcavüz faktının tərkib hissəsi olaraq, Azərbaycanın gömrük rejimini pozaraq və özü idxal etdiyi məhsullara gömrük rüsumları tətbiq edərək, ondan böyük məbləğdə vəsaitlər qazanaraq Azərbaycan büdcəsinə ciddi şəkildə zərər vuraraq bu məhsulların Azərbaycan ərazisinə idxalını təmin etmişdir. Bunun özünün də ayrıca qiymətləndirilməsi aparılmalıdır. Bu, Ermənistan tərəfindən Azərbaycana ödənilməli olan ayrıca təzminat mövzusudur. Düşünürük ki, bu da ayrıca hüquqi müstəvilərdə olunacaq məsələdir”, - o əlavə edib.
Milli Məclisin sədri: İƏT ölkələri hər zaman Azərbaycanla həmrəylik nümayiş etdiriblər
Sahibə Qafarova: İslam dünyası ortaq çağırışlara qarşı birgə fəaliyyət göstərməlidir
Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür
Azərbaycanın namizədi ilk dəfə BMT-nin Uşaq Hüquqları Komitəsində təmsil olunacaq