31 avqust 2023 12:42
270

Prezidentin köməkçisi BBC-nin David Babayanla müsahibəsini pisləyib

“Mən Qarabağ separatçısı David Babayanın fikirlərinə şərh vermək istəmirəm”.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə Qarabağ separatçısı David Babayanın fikirləri ilə bağlı suala cavab olaraq, jurnalistlərə açıqlaması zamanı deyib.

“Təəssüf edirəm ki, BBC-nin Azərbaycan xidməti terrorçu mahiyyət daşıyan insandan müsahibə alıb. Hər halda, sizin media siyasətinizə hörmətlə yanaşıram, amma konkret olaraq, o adamın fikirlərinə münasibət bildirmək istəmirəm”, - o əlavə edib.