01 sentyabr 2023 01:35
570

Bunlardan xəbərdar olun...

Göz yaşlarının tərkibində olan lizosim maddəsi təbii antibiotikdir. Bu maddə gözləri infeksiyalardan qoruyur.

Həbsxanalarda istifadə olunan elektrik masası (ölüm hökmü verilən məhkumlar üçün) bir stomatoloq tərəfindən icad olunub.

Dünyada ən uzun çimərlik Banqladeşdə yerləşir.

ABŞ-da açılan hər səkkiz yeni iş yerlərindən biri turizm və səyahətlərlə bağlıdır.

Dünyada ən qısa uçuş Şotlandiyada qeydə alınıb. Bu uçuş cəmi iki dəqiqə davam edir (Şotlandiyanın Uestereyden adasından Papa-Uestrey adasına qədər)

Ən uzun uçuş isə Sidneydən Dallas şəhərinədir. Bu uçuş təxminən 16 saat davam edir və 8500 mil (13679 km) əhatə edir.

Nyu-York alimlərinin araşdırması cütlük arasında xüsusilə kişilərin pintiliyi üzündən mübahisələrin yarandığını, hətta boşanmalaradək gedib çıxdığını üzə çıxarıb. Evdə daim ətrafa atılmış corablar, köynək, qalstuk və sair qadınları qıcıqlandırır. Aparılan sorğuda isə daha çox qalmaqala kişinin vanna otağındakı pintiliyi səbəb olur. Rəyi soruşulan xanımların 82%-i bildirib ki, vanna otağında səliqə-sahmana ailənin hər iki üzvü riayət etməli olsa da, kişilər bunu qulaqardına vurur. Xüsusilə, onların diş fırçasını hara gəldi atması, həmçinin diş pastasının ağzını açıq qoyması, çanağın ətrafına tökülmüş diş pastasını təmizləməməsi xanımları son dərəcə əsəbiləşdirir. Hətta bu məqamların boşanmaya səbəb olması hallarına heç də nadir halda rast gəlinmir.

Yaponiyanın paytaxtı Tokioda “ Kayabukiya” restoranı fəaliyyət göstərir. Bu qeyri-adi restoran insanları yalnız yeməkləri ilə deyil, həm də qəribə isçiləri ilə cəlb edir. Çox maraqlıdır ki , restoranın ofisiantları Yat-çan və Fuku-çan adlı meymunlardır. Onlar müştərilərə həm yemək, həm də əllərini yumaq üçün dəsmal aparırlar. Restoranın sahibi Kaoru Otsuka meymunlara bu işi etməyi xüsusi olaraq öyrətmədiyini deyir. Onun sevdiyi meymun Yat-çan sahibinin hərəkətlərini eyni ilə təkrarlamağa başlayıb. Meymunun qəribə hərəkətlərindən sonra Kaoru Otsuka “Kayabukiya” restoranını açmaq fikrinə gəlib. Qonaqların sözlərinə görə, meymunlar onlara yaxşı xidmət göstərirlər, gətirilən yeməkləri və içkiləri dəyişik salmırlar. Meymunlardan məmnun qalan müştərilər onlara çay pulu əvəzinə soya paxlaları verirlər.

V.Harvey qan dövranı haqqında kiçik kitabçası üzərində düz 13 il işləmişdir.

Meksika bəlkə yeqanə ölkədir ki, burada qadınlara sükan arxasında makiyaj etmək qadağası qoyulub. Hətta bu ölkədə sükan arxasında olarkən güzgüyə çox baxmaq belə tövsiyə olunmur.

Bambuk dünyanın ən sürətlə böyüyən bitkisidir, bir gündə 90 sm-ə qədər uzanır.

N.Kopernik öz traktatını yaratmaq üçün otuz ildən çox vaxt sərf etmişdir.

1932-ci ilin qışı elə soyuq olub ki, hətta Niaqara şəlaləsi bütünlüklə donub.

Leonardo da Vinçi Mona Lizanın dodaqlarını 12 ilə çəkib.

Kərəvəz yeyərkən sərf edilən kalori kərəvəzin içindəki kaloridən daha çoxdur.

“OK” sözü dünyada ən məhşur sözdür.

Dünyadakı piylənmədən əziyyət çəkən insanların üçdə biri inkişaf etmiş ölkələrdə yaşayır.

Heç bilirdinizmi ki, yer fındığı dinamitin tərkib hissələrindən biridir?

Hər il insanlar ilan sancmasından daha çox arı sancmasından dünyasını dəyişir.

Avstraliyalı alimlər bir təsadüf nəticəsində aşkar etdiyi at kəpənəyinə məşhur müğənni Beyonsun adını veriblər.Həmin böcək rəsmi olaraq" Scaptia (Plinthina) beyonceae" kimi qeydə alınmışdır.

Bu qəribə fikir, böcəyi hərtərəfli araşdıran alim Brian Lessardın ağlına gəldi. O, kəpənəyin qarnında qəribə qızıl tüklər gördükdən sonra, nədənsə onu məhz Beyonsa oxşatdı.

Qəhvə sinir sistemini stimullaşdırır və konsentrasiya qabilliyətinizi artırır. Lakin stimullaşdırıcıdan düzgün istifadə etməsək, o mərkəzi sinir sisteminə təsir edərək əl titrəmələrinin yaranmasına səbəb olacaq.

İnsan bədəninin yeganə hissəsi dişdir ki, regenerasiyaya malik deyil.

Bədənimizdə orta hesabla 9000 qələm düzəldəcək qədər karbon var.

Nikobar adalarında toydan bir müddət əvvəl bəy seçdiyi xanımın evində ən qəliz və çirkli işləri görməlidir. Bəyin gördüyü işi qızın ailəsi qiymətləndirməlidir .Əgər işdən razı qalarlarsa, toy mərasimi baş tutur,əks halda bəy mənfi cavab alır və qızı vermirlər.

Heç bilirdinizmi ki, kişilər və qadınlar fərqli yuxular görürlər? Kişilər qadınlara nisbətən yuxularında daha aqressiv hisslər keçirirlər.

Sən demə, Gi de Mopassan, Aleksandr Düma, Şarl Quna Parisdə Eyfel qülləsinin ucaldılmasına qarşı protest imzalamışdılar.

Alimlər hesab edirlər ki, Vanqanın öncəgörmələrinin 85%-dən artığı öz təsdiqini tapıb.

Misirdə bayquş bədbəxtlik gətirən heyvan hesab edilir. İnanclara görə, bu bədniyyətli “ölüm quşu” özünəməxsus, vahimə yaradan səsi ilə hansı evin həyətində “ulayarsa”, o evə ya bəla gələr, ya da ölüm.

Danimarkada siz heç vaxt maşını tam yoxlamamış yola çıxa bilməzsiniz. İnanılmaz qanunlardan biri də odur ki, siz maşının alt hissəsini də tam yoxlamalısınız. Bu səbəbdən də sözügedən ölkədə yol qəzaları nadir hallarda baş verir. 

İsveç alimləri müəyyənləşdiriblər ki, heç də bütün çörək növləri gözəl bədən quruluşunun düşməni deyil. Onlardan bəziləri artıq çəkinin qarşısını alır və eyni zamanda, iştahanı da azaldır. Mütəxəssislər müxtəlif dənli bitkilərdən hazırlanmış çörək məmulatlarının tərkibini araşdıraraq, bu qənaətə gəliblər ki, çovdar çörəyi orqanizm üçün faydalıdır. Çovdar çörəyi şəkər, ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır və insanı tez doyurur. Çovdar və arpa çörəyi qidanın həzm olunması prosesini zəiflədir və nəticədə insan uzun müddət özünü tox hesab edir. Bu dənli bitkilərdən hazırlanmış çörək həm də artıq çəkinin qarşısını alır. Mütəxəssislər onu da bildirirlər ki, digər məhsullar kimi bu çörəkləri də lazımi miqdarda yemək lazımdır.

Banqladeş şəhərinin qanunlarına görə tələbələr imtahanda söylədikləri yalanlara görə həbs oluna bilərlər.

ICO-nun məlumatına görə, adambaşına ən çox qəhvə Finlandiyada içilir. Burada ildə adambaşına 12 kq qəhvə içirlər. Finladiyanın ardınca Norveç (9.9 kq), İslandiya ( 9 kq), Danimarka (8.7 kq) və İsveç (8.2 kq) gəlir. İtaliyada isə adambaşına ildə 5.9 kq qəhvə içilir.

Kişilərin öz həyat yoldaşlarına xəyanət etməsi əsasən 25-39 yaşlarında baş verir və çox maraqlı faktdır ki, bir çox hallarda onlar bunu etiraf etməkdən çəkinmirlər.

İspaniyalı alimlər qarnı üstə yatmağın insan orqanizminə zərərli olduğu qənaətinə gəliblər. Belə ki, qarnı üstə yatmağa üstünlük verən insanlarda daxili orqanların sıxıldığını, bunun xüsusilə sidik kisəsinə aid olduğunu bildirir. Həmçinin bu, cinsi problemlərin yaranmasına aparıb çıxarır. Onurğa sütunu ilə bağlı problemi olan insanlar üçün isə bu cür yatmaq ikiqat ziyandır. Qadınların qarnı üstə yatması isə onların döş qəfəsində də problem yaradır. Döşlər sıxılır, nəticədə dəri dartılır və qırışlar əmələ gəlir. Yaponiyalı alimlər də qarnı üstə yatmağın zərərini araşdırıblar. Onların sözlərinə görə, bu, sifət dərisində qırışlar yaradır, əvvəl-əvvəl bu problem hiss olunmasa da, sonradan qırışlar daha ciddi şəkildə özünü büruzə verir. Bir sözlə, alimlər hesab edir ki, kürəyi üstə yatmaqla həm sağlamlığınızı, həm də gözəlliyinizi qoruya bilərsiniz.

Samirə Tağıyeva, “İki sahil”