01 sentyabr 2023 13:37
307

Ermənistan törətdiyi təxribatlarla həddini aşıb- Səfir

“Ermənistan törətdiyi təxribatlarla həddini aşıb".

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X”də yazıb.

O bildirib ki, İrəvanın təxribatları Azərbaycanın xoş niyyətinə xələl gətirir.

Diplomat xatırladıb ki, bu gün Ermənistanın növbəti təxribatı nəticəsində 3 Azərbaycan hərbçisi yaralanıb.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, minaatanlardan, artilleriya qurğularından və PUA-lardan atəşə tutub. Nəticədə 3 hərbçimiz yaralanıb.

Sərhəddə təxribat törədən 2 erməni hərbçisi məhv edilib, 1-i isə yaralanıb.