02 sentyabr 2023 16:48
368

Fərid Şəfiyev: Azərbaycan Laçına nəzarəti davam etdirməlidir, qanunsuz qüvvələr darmadağın edilməlidir

“Azərbaycan Laçına nəzarəti davam etdirməlidir”.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “X”də yazıb.

O bildirib ki, Azərbaycan öz ərazisindəki qanunsuz qüvvələri darmadağın etməlidir: “Ermənistan baş naziri Nikol Paşinyan bu gün yenə də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib”.

Qeyd edək ki, N. Paşinyan bu gün Azərbaycana qarşı növbəti dəfə ərazi iddiası qaldırıb.