İƏT MDİHK nümayəndə heyətinin üzvləri işğaldan azad edilmiş Füzuli rayonunda dağıdılmış məzarlığa baş çəkiblər.
“İki sahil” xəbər verir ki, Ombudsman aparatın əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Füzuli rayonun Qaraxanbəyli məzarlığına gəliblər.
Qonaqlara məlumat verilib ki, bu kənd birinci Qarabağ müharibəsində işğal olunub. İşğal müddətində qəbirlər dağıdılıb. Meyidlər qəbirdən çıxarılaraq təhqir olunub. Məzar daşları isə ərazidən daşınıb.