25 avqust 2026 23:26
150

“Sabah”dan tarixi uğur: Komandamız ÇL-in Liqa mərhələsində!

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da bu gün meydana çıxıb. Komanda Tofiq Bəhramov adına Respublika stadionunda İsrail çempionu “Hapoel”i (Beer-Şeva) qəbul edib. Matç "Sabah"ın 5:2 hesablı möhtəşəm qələbəsi ilə başa çatıb.

İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan “Sabah” nəticəni xeyrinə dəyişməyi bacarıb. Beləliklə, paytaxt təmsilçisi ÇL-in Liqa mərhələsində, “Hapoel” (Beer-Şeva) isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.

Qeyd edək ki, "Sabah" "Qarabağ"dan sonra Çempionlar liqasının əsas mərhələsinə vəsiqə qazanan ikinci Azərbaycan klubu olub.

UEFA Çempionlar Liqası

Pley-off, cavab oyunu

25 avqust

20:45. “Sabah” (Azərbaycan) 5-2 “Hapoel” (Beer-Şeva, İsrail)

Qollar: Zlatinoviç, 11 (0:1), Kristian Nvaçukvu, 38 (1:1), Mizrahi, 61 (1:2), Umarali Raxmonəliyev, 74 (2:2), Tellur Mütəllimov, 90+4 (3:2), Mbina, 101 (4:2), Coy Lens Mikels, 115 (5:2)

Qırmızı vərəqə: Diop, 100 ("Hapoel")
Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya)
VAR: Bastian Dankert (Almaniya) 
AVAR: Katalin Popa (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:2