03 sentyabr 2023 13:52
317

İƏT MDİHK nümayəndə heyəti Füzulidə Beynəlxalq Hava Limanına baş çəkiblər

İƏT MDİHK nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda yeni inşa edilmiş Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına baş çəkiblər.

“İki sahil” xəbər verir ki, Ombudsman aparatın əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Füzuli rayonunda yeni inşa edilən beynəlxalq hava limanında olublar.

Qonaqlara hava limanı və onun texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanı xarici ölkələrdən təyyarələr qəbul edir.