04 sentyabr 2023 10:13
261

Azərbaycan səfirliyi Odessada səyyar konsulluq xidmətinin göstərilməsini təxirə salıb

Azərbaycanın Ukraynadakı səfirliyi sentyabrın 9-na nəzərdə tutulan səyyar konsulluq xidmətinin həyata keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

“İki sahil” xəbər verir ki, diplomatik nümayəndəlikdən bildirilib ki, buna səbəb Ukraynada davam edən hərbi vəziyyətdən irəli gələn təhlükəsizlik risklərin artmasıdır.

Qeyd edək ki, səfirliyin konsulluq şöbəsi sentyabrın 9-da Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsini planlaşdırırdı.