İngiltərənin Cənub-Qərb bölgəsinnin isti suları ilə məşhur olan Bat şəhəri küçələrindəki dilənçi dəstəsi ölkə gündəmində yer alıb. 10 nəfər qadın və kişidən ibarət dəstə bütün küçəyə yayılaraq ətrafdakılardan pul istəyir. Günün sonunda isə luks maşınlarına minərək ərazini tərk edirlər.
Dilənçi dəstəsinin fırıldaqçılıq əməlləri anbaan ifşa edilib.
İngiltərənin “The Sun” nəşrinin xəbərində Abbey, Roma hamamları və gürcü memarlığı ilə məşhur olan Bat şəhərində fırıldaqçılıqla məşğul olan 10 nəfərlik dəstənin hərəkətləri yer alıb.
Bildirilib ki, evsiz kimi özlərini qələmə verən dilənçi dəstə 8 saatlıq müddətdə eyni kartonlardan istifadə edərək kömək istəyiblər. Dəstə üzvlərindən birinin hamilə paltarı geyinərək kömək istəməsi, digərinin isə yerdə diz çökərək yalvardığı müşahidə edilib. Dilənçilik etdikdən sonra onlar bir yerə yığışaraq lüks maşınlarla 19 kilometr uzaqlıqdakı Bristola yola düşüblər.
Araşdırmaya görə, bir dilənçinin gündəlik qazancı 50 funt-sterlinqdən çox olduqda, həftəsonları və axşam saatlarında bu rəqəm 500 funt-sterlinqə çata bilir. Onların aylıq qazancları təxmini 10 min funt-sterlinqə qədər olur.
Vüsal Cahanov, “İki sahil”