04 sentyabr 2023 15:31
147

Bu partiyalar qeydiyyata alındı

Bu gün Ədliyyə Nazirliyi Ağ Partiya və Vətəndaş Həmrəyliyi Partiyasını (VHP) qeydiyyata alıb.

“İki sahil” xəbər verir ki,  Ağ Partiyanın başqanı Tural Abbaslı üzvlərin reysterinin qanuna uyğunluğunun yoxlanıldığını və partiyanın qeydiyyata alındığını bildirib.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlının sədri olduğu VHP-nin qeydiyyata alınması ilə bağlı partiyanın sədr müavini Samir Əsədli məlumat verib: “Növbəti mərhələdə Nizamnamə və Proqramın yeni variantını nazirliyə təqdim edəcəyik”.