Məşhurların atdıqları hər addım bir çoxlarının marağına səbəb olduğu kimi, onların adları da illər keçdikdə bir brendə çevrilir. Məhz buna görə bir çox əşyalar, yeni növ xəstəliklər və aşkar olunan yeni canlılar onların şərəfinə adlandırılır. Beləliklə...
Barak Obamanın adını daşıyan balıq
2014-ci ildə amerikalı alimlər yeni aşkarladıqları balıq növünə o zamanlar ABŞ Prezidenti olan Barak Obamanın adını veriblər. Kiçik tar balıqları tipindən olan Eteostom növünə məxsus balığa "Etheostoma obama" adı verilib.
Bu balıq Şimali Amerikanın çaylarında yaşayır. Böyük "Etheostoma obama"ların uzunluğu 48 mm-ə çatır, onların mavi naxışlı narıncı vücudları var.
Alimlərin sözlərinə görə, balığa Barak Obamanın adının verilməsinin səbəbi ətraf mühitin qorunması sahəsində ABŞ prezidentinin qəbul etdiyi qərarlardır.
"Etheostoma obama" ABŞ prezidentlərinin şərəfinə adlandırılmış ilk balıq deyil. Əvvəllər Teodor Ruzvelt, Cimmi Karter və Bill Klintonun da adları balıqlara verilmişdi.
Harison Fordun adını daşıyan ilan
Peruda yaşayan “Tachymenoides harrisonfordi” ilanı məşhur aktyor Harison Fordun şərəfinə adlandırılıb. Ətraf mühitin mühafizəsi ilə məşğul olan “Conservation International” təşkilatının sədr müavini olan Ford bu canlıların qorunması üçün əlindən gələni etdiyinə görə, burada yaşayan bir çox canlı məhz onun şərəfinə adlandırılıb.
Elton Conda yaddan çıxmayıb
2015-ci ildə alimlər İndoneziya riflərində müğənni Elton Conun şərəfinə “Leucothoe eltoni” adlandırılan yeni xərçəngəbənzər növünü kəşf etdilər. Həmin canlıya bu adı ona Floridanın Halmos Təbiət Elmləri və Okeanoqrafiya Kollecinin tədqiqatçsı Ceyms Tomas verib.
Məşhur rokçu hara, hörümçək hara?
Auburn Universitetinin bioloqu Ceyson Bond ABŞ-ın Kaliforniya səhrasındakı The Joshua Tree Milli Parkında 33 yeni miqalomorf hörümçək növünü kəşf edib. Onların yalnız bir növü “U2” solisti Bononun şərəfinə “ Aptostichus bonoi” adlandırılıb. Yeri gəlmişkən, həmin park “U2” qrupunun 1987-ci ildə çıxan “The Joshua Tree” albomunda yer almışdı.
Ledi Qaqanın adına iki həşərat
Bu yaxınlarda kəşf edilən milçək növünü alimlər amerikalı müğənni Ledi Qaqanın şərəfinə “Kaikaia gaga” adlandırıblar. Qeyd edək ki, “Kaikaia” miskito qəbiləsinin dilində “görmək” mənasıını daşıyır Bu adı həşərata İllinoys Universitetinin alimi Brendan Morris verib. Bunu da əlavə edək ki, bu Ledi Qaqanın şərəfinə adlandırılan ilk həşərat deyil.
Bundan əvvəl Braconidae növünə aid olan it arısı müğənnin şərəfinə “Aleiodes gaga” adlandırılmışdı.
Jennifer Lopezin mahnılarından ilham alaq...
2014-cü ildə Puerto Rikoda alimlər tərəfindən yeni bir su gənəsi növü aşkar olundu. Həmin böcəyə Jennifer Lopezin şərəfinə "Litarachna lopezae" adı verildi. Tədqiqatçıların sözlərinə görə, aşkar olunan su gənəsi haqqında hesabatlar yazarkən onlar Latın amerikalı müğənninin mahnı və videolarından ilham almışlar.
Madonnanın şərəfinə adlanan pivə
Madonna həmişə sağlam bir həyat tərzinə riayət etməsə də, ancaq bu alkoqollu içkinin istehsalçıları nədənsə bu məlumatları görməməzlikdən gəlmişdi. 2004-cü ildə istehsal olunan "Material Girl Ale" adlı pivəyə sənətçinin adı verilmişdi. Pivənin etiketi müğənninin "Immaculate Collection" albomunun dizaynını tamamilə təkrarladı .Məşhur pivənin tərkibində 7,5% spirt var .Bu içkini istehsal edən pivə zavodunun sahibinin sözlərinə görə, həmin pivəni Madonnanın on ildən sonra Mançestrə qayıtması şərəfinə hazırlamışdılar.
Ledi Qaqaya bənzər gəlincik
2016-cı ildə dünya şöhrətli amerikalı müğənni Ledi Qaqa öz şərəfinə gəlincik istehsal edib. Gəlincik “Zombi Qaqa” adlanırdı.
Gəlinciyin hazırlanması üzərində müğənninin bacısı Natali Cermanotta məşğul olub. “Zombi Qaqa” adlı oyuncağın ideyası müğənninin “Born This Way” klipindənki obrazdan ilhamlanaraq yaradılıb.
Həmin gəlinciyin çəhrayı rəngli uzun saçları var. Bundan başqa oyuncaq qara kostyum geyinib və eynək taxıb. Ağzında isə şişirdilmiş saqqız qoyulub. O, zamanlar bu gəlincik 29,99 dollardan satışa çıxarılmışdı.
Maddələr məşhur müğənnilərin adını daşıyır
2014-cü ildə Nyu- York City-nin polisi uzun illər ərzində axtarışda olan narkotik satıcılarını həbs etd.Sen demə, cinayətkarların xüsusi jarqondan istifadə etdikləri üçün onları tutmaq olmurdu. Dindirmə zamanı məlum olmuşdu ki, onlar kokainə - Britney Spears, nəşəyə isə - Christina Agiulera dediklərini etiraf etdilər.Buna görə də ətrafdakılar populyar müğənniləri müzakirə edən gənclərdə qeyri-adi bir şey görmürdülər. Qeyd edək ki, müğənnilərin hər ikisi də narkotik vasitələrdən istifadə edən məşhurların sırasına daxildilər.
İsrail fermerlərinin qəribə yenilikləri
İsrail fermerləri qəribə bir yenilik ediblər. Onlar yeni yemiş növünə məşhur aktyor və müğənni Castin Timberlakın adını veriblər. Deyilənlərə görə məşhur yemişin dilimlərindən hazırlanan salatı çox sevirmiş. Buna görə sənətçi həmin fermerlər müğənninin Tel-Əvivə qastrol səfərinə gəlməsini səbirsizliklə gözləmiş Castini böyük bir sürpriz etmişdilər.
Bir təsadüf nəticəsində...
Avstraliyalı alimlər bir təsadüf nəticəsində aşkar etdiyi at kəpənəyinə məşhur müğənni Beyonsun adını veriblər.Həmin böcək rəsmi olaraq" Scaptia (Plinthina) beyonceae" kimi qeydə alınmışdır.
Bu qəribə fikir, böcəyi hərtərəfli araşdıran alim Brian Lessardın ağlına gəlmişdi. Belə ki, o, kəpənəyin qarnında qəribə qızıl tüklər gördükdən sonra, nədənsə onu məhz Beyonsa oxşatmışdı.
Viktoriya Bekhamın adını daşıyan sindrom
Viktoriya Bekkham həmişə aksesuar sevgisi ilə tanınır. Onun ən sevdiyi aksesuarlardan biri də böyük çantalardır. Alimlər böyük çantaları daşıyan insanların müntəzəm bel və əzələ ağrıları, həmçinin çiyin qığırdaqlarının iltihablanmasından daha çox əziyyət çəkdiklərini bildirirlər. Mütəxəssislər həmin sindromdan əziyyət çəkən insanları "poşit" adlandırırlar.Qeyd edək ki, Viktoriya Bekham da uzun illər ərzində həmin sindromdan əziyyət çəkir. Ona görə sindromun adını birinci növbədə məhz məşhurun adi ilə əlaqələndirirlər.
Samirə Tağıyeva, “İki sahil”