Bu gün “Bakı xəbər” qəzetinin nəşrə başlamasından 20 il ötür. 2003-cü ilin bu günündə - sentyabrın 4-də ilk sayı işıq üzü görən qəzet artıq 5000-ci çap sayı ilə oxucularını sevindirib. Yarandığı gündən kollektivin birgə səyi ilə oxucuların diqqətini cəlb edən qəzet məzmunlu, müxtəlif təbəqələrə məxsus insanları maraqlandıran yazıları, oxucusuna çatdırmaq üçün səy və bacarığını əsirgəmir.

20 yaşlı qəzetin bütün kollektivi səylərini sağlam ideyaların qorunması istiqamətində səfərbər edərək müstəqilliyimizin qorunması naminə fədakarlığını əsirgəmirlər.
“Bakı xəbər” qəzeti həmişə respublikamızın həyatında fəal mövqedə dayanıb. Qəzetin zamanın tələblərinə uyğun olaraq yenilənən internet saytı və internet televiziyası da uğurla fəaliyyət göstərir.
“İki sahil”in kollektivi olaraq həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!
“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil siyasəti: müasir çağırışlar və inkişaf perspektivləri”
Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub