05 sentyabr 2023 16:48
627

"Moody's" SOCAR-ın baza kredit balını yüksəldib

"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baza kredit qiymətləndirilməsinin (BCA) "ba3"dən "ba2"yə yüksəldib.

"İki sahil" "Moody's"ə istinadən xəbər verir ki, eyni zamanda agentlik SOCAR-ın korporativ ailə reytinqini (CFR) "Ba1" səviyyəsində təsdiqləyib. Reytinqlər üzrə proqnoz "stabil"dir.