06 sentyabr 2023 02:36
661

Musiqi ilahi nemətdir

Musiqi bir insanın həyatını dəyişdirə bilərmi? Bəli, o şəxsiyyəti formalaşdırmaq, xoş ovqat yaratmaq və əhval-ruhiyyəni qoruyub saxlamaq gücünə malikdir. Bəs görəsən biz musiqi haqqında nələri bilirik?

Xoşbəxt olmaq üçün bir vasitə

Müasir tədqiqatlar göstərir ki, ürəyimiz müəyyən bir musiqi ritminə uyğunlaşır. Alimlərin düşüncələrinə görə, musiqi insanlara xoşbəxt olmaq üçün bir vasitədir. Çünki musiqi dinləyərkən, "xoşbəxtlik hormonu" - dopamin istehsal edən beyin daha da aktivləşir.

Dünyanın ən məşhur mahnısı

Heç bilirdinizmi ki, “Happy Birthday” dünyanın ən məşhur mahnısıdır? Varner Brothers hər il “Happy Birthday” mahnısına görə ən az iki milyon dollar qonorar alır.  Unutmayın ki, hansısa filmdə bu trekdən istifadə etmək üçün mütləq pul ödəməli olacaqsınız.

Ən sürətli repçi

Rep müğənnisi "NoClue" dünyanın ən sürətli rapçisi olaraq  “Ginnesin Rekordlar Kitabı”na düşdü.  Qəribə səslənsə də, lakin o,  51 saniyədə 723 söz oxumağı bacardı.

Ən uzun konsert

Bəşər tarixində ən uzun konsert 2001-ci ildə bir Alman kilsəsində başladı. Həmin konsertin  2640-cı ildə tamamlanması planlaşdırılır.  Planlara görə, bu konser 639 il davam edəcək.

Heç bir nota bilməyən musiqiçilər

Sən demə, musiqi notlarını  bilmədən də yaxşı musiqi bəstələmək mümkündür. Məsələn,  məşhur“ Beatles” qrupunun heç biri üzvü  musiqi notlarını bilmirdi.

Tükürpədici statistika

Statistikaya görə, rok musiqiçilərinin əksəriyyəti nədənsə  gənc yaşda ölür. Ümumiyyətlə, ortalama ilə rok ifaçıları digərlərindən təxminən 25 il az yaşayırlar.

Eşitmə qüsuru olan bəstəkar

Dünyanın ən məşhur bəstəkarı olan Bethoven 1801-ci ildən sonra eşitmə problemləri yaşamağa başlayıb və 1817-ci ildə tamamilə eşitmə qabiliyyətini itirib. Lakin səhhətindəki bu problem onun musiqi duyumuna təsir etməyib. Bethoven ən məşhur əsərini "9-cu simfoniya"nı da məhz bu dövrdə yazıb.

Somali quldurlarına qarşı silah

Britni Spirsin mahnılarının bəziləri aqressiv xarakter daşıdığına görə  ingilis  ordusu tərəfindən  Somali quldurlarını qorxutmaq üçün  istifadə olunub.

Kaş yoxlamayaydı...

Məşhur Amerika skripkaçısı Coşua Bell nə dərəcədə sevildiyini  yoxlamaq ücün  səhər metronun çıxışında, pilləkənlərin üstündə oturaraq 45 dəqiqə skripkada ifa edib. Yalnız  minlərlə insan keçdiyi həmin yerdən  cəmi 7 nəfər onun ifasına qulaq asıb.

Ən kiçik bəstə

“Napalm Death “qrupunun “You Suffer” mahnısı dünyanın ən kiçik bəstəsidir. O , cəmi 1,316 saniyə davam edir. Mahnının sözləri cəmi 4 sözdən ibarətdir. Qeyd edək ki, bu mahnı qrupun 1989-cu il albomuna da daxil edilmişdir.

Auksionda satilan gitara

Dünyanın ən bahalı gitarası 19 məşhur gitaraçı tərəfindən imzalanan və bir xeyriyyə auksionunda 2,8 milyon dollara satılan “Fender Stratocaster” idi.

Elvis Preslinin cəzibə qüvvəsi

Elvis Presli  məlahətli səsi və cazibəsi isə hər kəsin ürəyini fəth etmişdi. Bir çoxlarının düşüncələrinə görə,  Presli öz mahnılarını özü

bəstələyib. Yalnız bu yalnış fikirdir. Çünki onun bu bacarığı yox idi.

Bütün qitələrdə konsert verən qrup

“Metallica” qrupu  bütün yeddi qitədə çıxış edən ilk və yeganə qrupdur.  Onlar, Antarktidada konsert verdikdən sonra hətta “ Ginnesin Rekordlar Kitabı” na belə düşmüşdülər.

Qeyd edək ki, 2013-ci ildə “Ginnesin Rekordlar Kitabı” na daxil olan qrupun Antarktidada verdiyi konsertdə nədənsə cəmi 7 izləyici var idi.

Dünya şöhrətli bəstəkar görəsən bunu nə üçün edirmiş?

Çox maraqlıdır ki, məşhur bəstəkar Bethoven əsər bəstələməzdən əvvəl  mütləq başını soyuq su ilə yuyardı.

Ən çox satılan ispandilli albom

Məşhur kolumbiyalı müğənni Şakira dəfələrlə "Ginnesin Rekordlar Kitabı"na düşən ulduzlardandır. İfaçı buna bütün dövrlərin ən çox satılan ispandilli musiqi albomuna sahib olması ilə nail olub. 

Ən çox libas dəyişən müğənni

Madonna "Evita" müziklindəki (1996-cı il) kadrda 85 fərqli libas dəyişərək rekorda imza atmışdı. Libaslarla yanaşı, aktrisanın 42 dəfə saç düzümü, 56 dəfə sırğaları, 39 dəfə papağı dəyişmişdi.

Bunu bilirdinizmi?

Sən demə klarnet dinləmək qan dövranını tənzimləyir. Skripka və fortepiano dinləmək isə  gərgin əsəbləri cilovlayır. Skripkada ifa olunan incə melodiyalar isə insanda mərhəmət, xeyirxahlıq kimi hisslər oyadır.

Pianinoda ifa olunan musiqi həm insanı rahatladır, həm də qalxanabənzər vəzini tənzimləyir. Fleyta ciyərləri təmizləyir. Arfa ürəyin işini hormonlaşdırır. Violançel bağırsaqlara yaxşı təsir edir. Gitara ürək üçün xeyirlidir. Akkordion qarın boşluğunun işini aktivləşdirir. Saksafon isə ən "cazibədar " alət hesab olunur. Çünki, o seksual enerjini aktivləşdirir. Bundan əlavə saksafon böyrəklər üçün də  xeyirlidir.

Sağ əlini itirsə də...

Müharibədə sağ əlini itirən avstraliyalı pianoçu Paul Vittgenştein yalnız bir əli ilə fortepianoda uğurla çalmağa davam etdi. Maraqlıdır ki, virtuoz ən mürəkkəb əsərlərini belə bir əl ilə  ifa edib.

Maraqlı statistika

Yapon alimləri  klassik musiqi dinləyən  süd verən anaların süd miqdarının 20-% artdığını, caz və pop musiqisini dinləyənlərin isə 20% azaldığını aşkar edib.

Son anda gələn “ilham pərisi”

Bəzən “ilham pərisi” musiqiçilərə  ən gözlənilməz anlarda gəlir.  Məsələn, məşhur reper  Eminem albomunun tamamlanmasına üç saat qalmış “The Real Slim Shady” mahnısını bəstələyərək, onu  lentə almışdı.

Klassik musiqisini sevən çiçəklər

Qəribə səslənsə də, lakin bu faktdır ki, bir çox çiçəklər klassik musiqini dinlədikdən sonra daha sürətli böyüməyə başlayırlar.

Samirə Tağıyeva, “İki sahil”