Sumaq meyvəsinin diabet xəstəliyə təsiri çoxdur. Belə ki, sentyabr, oktyabr aylarında yetişmiş sumağın meyvəsini toplayıb günəşli havada qurudulur. Hazır məhsul sonra yaxşı-yaxşı əzib toz halına salınır. Tozdan 2 çay qaşığı bir stəkan suya töküb təqribən 20-30 dəqiqə dəmə qoyulur. Səhər, günorta, eləcə axşam yeməyindən yarım saat qabaq içəndə səmərəsini göstərir.
Cirə böyrək damarlarının fəaliyyətini qaydaya salır
Böyrək damarlarını təmizləmək, həmçinin onun fəaliyyətini artırmaqdan ötrü cirəni qaynadıb bu, cövhərdən içmək xeyirlidir. Onu düzəltməyə gələndə isə 20 qram cirəni bir stəkan suda qaynadıb süzürlər. Yeməkdən sonra hazır cövhərdən bir stəkan içmək məsləhətdir. Xalq təbabətində bu ən çox sınanmış üsuldur.
Bir də fındıq ağacın qabığını soyub yandırmaq və onun xörək qaşığı miqdarında külünü suya qatım içmək böyrək daşlarının xırdalanmasına şərait yaradır.
Qaragilə qocalmaya qarşı
Təbiətin bizə əvəzsiz bəxş etdiyi qaragilə ən xeyirli giləmeyvədir. Özünəməxsus dada malik olan qaragilə heç bir meyvə və tərəvəzlə müqayisə oluna bilməz. Onun ən əsas xeyri insana odur ki, qocalma prosesini zəiflədir. Eyni zamanda qaragilə tərkibində olan maddələrlə bir çox xəstəliklərdən, o cümlədən xərçəngdən qurtulmaq üçün ən ideal vasitə hesab edilir.
Dərdlər dərmanı - çörəkotu
Müxtəlif xəstəliklərdə dərman kimi istifadə edilən çörəkotu həm də insan bədəninə dinclik, qüvvə verir. İkinci tərəfdən immunitet sistemini gücləndirir, allergiya, revmatizminin qarşını effektli şəkildə alır. Onu qoxulamaq isə başağrını kəsir. Daha sonra bu şəfalı bitkinin tüstüsü qripi aradan qaldırır. Bədəndə yaranan sızaqları çörəkotunun suyundan istifadə etməklə sağaltmaq olur.
Çörəkotunun digər müalicəvi xüsusiyyətləri də vardır. O, həzmi asanlaşdırır, mədə və bağırsaq qazını aparır.
Üzüm bəkməzi cana faydadır
Təbii bir enerji anbari kimi tanınan üzüm bəkməzi bədəndəki qanın miqdarını artırır və qan dövranını rahatlandırmaqla stressi azaldır. Damar sərtliyinə qarşı əsas qoruyucudur. İştahını artırır, mədə-bağırsaq və böyrəkləri qüvvətləndirir. Qadınlarda hamiləlik zamanı, həmçinin körpə inkişafında böyük təsir gücünə malikdir. Odur ki, bu dövrdə üzüm bəkməzindən ardıcıl istifadə etmək olduqca vacibdir.
Əgər zökəm olmusunuzsa...
Onda nənələrin məsləhətlərinə əməl etsəniz özünüzü daha yaxşı qorumuş olarsınız. Nənələr hələ qədimdən, yəni tibbi preparatların az vaxtında zökəmi təzə çuğundur şirəsi və ya sarımsaq, soğanın şirəsinin yağlı məhlulu ilə müalicə ediblər. Lap əla da alınıb. Bu məqsədlə burnunun hər dəliyinə gündə bir neçə dəfə 2-3 damcı dediyim həmin məhluldan damcılamaq vəziyyəti yoluna qoya bilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü