06 sentyabr 2023 16:45
947

Qəhvəyi gözləri maviyə çevrildi: SƏBƏB BU DƏRMANDIR

Taylandda altı aylıq körpəyə COVID-19 müalicəsindən sonra "Favipiravir" dərmanı verilib.

Körpənin "Favipiravir" dərmanına olan əks göstərişi alimləri heyrətə salıb. Körpənin tünd qəhvəyi olan gözləri müalicədən sonra parlaq mavi rəngə çevrilib.

Qeyd edək ki, "Favipiravir" Taylandın Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş dərmandır.

Körpənin anası oğluna dərman verildikdən bir gün sonra şoka düşüb. O, vəziyyəti görəndən sonra müalicəni dayandırmaq üçün dərhal həkimlərə müraciət edib. Həkimlər tərəfindən müalicə dərhal dayandırıldıqdan sonra körpənin gözlərinin rəngi beş gün ərzində əvvəlki rənginə dönüb.

Həkimlər bildirib ki, körpənin heç bir görmə qüsuru yoxdur, sadəcə olaraq körpədə dərman səbəbi ilə gözün işıq udma təsirinin artması ehtimal olunur.

Vüsal Cahanov, “İki sahil”