07 sentyabr 2023 16:30
766

Belə evlilik təklifi görülmədi – Göy üzünə çıxdı və... /FOTO

Türkiyənin Konya şəhərində görünməmiş evlilik təklifi qeydə alınıb. Ərzurumlu gənc sevgilisinə evlilik təklifi etmək üçün kran icarəyə götürüb. O, kranın səbətinə minib 5-ci mərtəbəyə qalxaraq evlilik təklifi edib.

Klarnet ifa edən gənc pəncərənin qarşısında lövhə açıb, serenada oxuyub və evlilik təklifi edib.

“Bəli” cavabını alan Erkan toy hazırlıqlarına başlayıb. Ailəsi və yaxınları ilə birlikdə Ankaradan Karapınara gələn Erkan bu dəfə gəlin almağa at belində gəlib. At belində ağ kostyumu ilə gələcək həyat yoldaşının evdən çıxmasını gözləyib.

Təxminən 45 dəqiqə at belində gözləyən Ekrem Erkan deyib: “Sevdiyim insanı bir ömür boyu da gözləyərəm. İstərdim ki, evliliyim də, toyum da fərqli olsun, bizim üçün gözəl xatirə qalsın. Evlilik təklifimdə kranın üstündə lövhə açdım. Mən ona kranda klarnet çalaraq və serenada oxuyaraq evlənmək təklifi etdim. Toyumuzda buna bənzər bir şey olmasını  istədik. At belində gəlməyə qərar verdim. Təbii ki, belə bir şeyə öyrəşmədiyimiz üçün insanlar təəccübləndilər. Yolda görənlər əvvəlcə təəccüblənsələr də, sonra bizi alqışlayıblar. Əslən Ərzurumlu olduğum üçün mədəniyyətimizi yaşatmaq istədim”.

Vüsal Cahanov, “İki sahil”