Mütəxəssislər insan orqanizmi üçün təhlükəsiz duz istehlakının gündə təxminən 5 qram xörək duzu olduğunu iddia edirlər. Amma hazırda insanlar arasında real istehlak gündə təxminən 12 qramdır.
Hamımız bilirik ki, artıq duz sağlamlığa zərərlidir. Şişkinlik, nəfəs darlığı və hətta koqnitiv dəyişikliklərə səbəb ola bilir.
"İnsan çoxlu duz qəbul edərsə, qanda osmotik konsentrasiya artır, bu da orqanizmdə su yığılmasına səbəb olur. Artıq maye çətin xaric olunur, bu da suyun toplanmasına səbəb olur. Arterial və venoz damarlarda yaranan problemlər baş ağrısının əsas mənbəyinə çevrilə bilər",-deyə ekspertlər izah edirlər. Həmçinin nəbz arta bilər, təzyiq yüksəlir.
Duz arterial hipertenziya və müxtəlif ürək-damar xəstəliklərinin inkişafı ilə əlaqəli bir amildir. Bədənin duz qəbuluna necə kəskin reaksiya verdiyini başa düşmək üçün üç gün ərzində natrium xloridi pəhrizdən tamamilə çıxarmaq lazımdır. Bu zaman təzyiqdə, bel və omba çevrəsində və başqa dəyişikliklərin olub-olmaması üzə çıxır.
Bu pəhriz dəyişikliyindən təsirlənməyən insanlar çox az olur.
"Əgər təzyiqin azaldığını, şişkinliyin getdiyini görsək, belə bir insanın duzu məhdudlaşdırmasının mənası var", -deyə həkimlər bildirirlər.
Rusiyalı mütəxəssis Mixail Politseymako izah edib ki, "faydalı duz" da var - bu hiposodyum duzudur.
Nubar Süleymanova, “İki sahil”