12 sentyabr 2023 11:33
287

Ceyhun Bayramov BQXK prezidenti ilə görüşüb- FOTO

İsveçrədə səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BQXK-nın prezidenti Mirjana Spolyariç Eggerlə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycanla BQXK arasında əməkdaşlığın mövcud vəziyyəti ilə bağlı müzakirələr aparıb.