12 sentyabr 2023 16:30
442

2023-cü ildir, onlarda isə 2016-cı il.../FOTO

Miladi təqvimi ilə Şərqi Afrika ölkəsi olan Efiopiya sentyabrın 12-də 2016-cı ilə qədəm qoyub. 120 milyon əhalisi olan Efiopiya dünyanın digər ölkələri ilə müqayisədə 7 il 8 ay geri qalır.

Ölkənin baş naziri Abiy Əhməd əhaliyə ünvanladığı təbrik mesajında ​​keçən il bir çox çətinliklərin öhdəsindən gəldiklərini ifadə edərək, yeni ildə bütün efiopiyalılara xoşbəxtlik arzulayıb.

Efiopiyada Yeni il hər il sentyabrın 11-i və ya 12-də qarşılanır. Bu tarixlərdə ölkədəki bütün rəsmi qurumlarda Yeni il tətili qeyd olunur.

Həmçinin, ölkənin ən böyük iqtisadi layihələrindən biri olan Hedasi bəndinin doldurulması yeni ilin başlanğıcına təsadüf edir.

“Enkutataş” kimi tanınan ilin ilk günü yağışlı mövsümün sonu və məhsul yığım dövrünün başlanğıcı hesab olunur.

Bu təqvim dini təqvim olmaqla yanaşı, Efiopiya Federativ Demokratik Respublikası tərəfindən bütün rəsmi işlərdə istifadə olunur.

Fərqli vaxt sistemindən də istifadə edən Efiopiyada gün 00:00-da deyil, saat 06:00-da başlayır. Gün iki fərqli 12 saatlıq dövrdən ibarət olsa da, birinci saat qurşağı 06:00-da, ikincisi isə 18:00-da başlayır.

Qeyd edək ki, Efiopiya təqviminin 12 ayının hər biri 30 gündən ibarətdir. Təqvimdə 12-ci aydan sonra 5-6 gündən ibarət 13-cü ay da var. Məhz bu təqvimə görə yeni ilə sentyabrın 11-i və ya 12-si daxil olur.

Vüsal Cahanov, “İki sahil”