Cenevrədə səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molceanla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və UNECE arasında əməkdaşlığın prioritet istiqamətləri, Dayanıqlı İnkişaf Məqəsdlərinə (DİM) nail olmaq üçün həyata keçirilən tədbirlər və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin davamlı sosial-iqtisadi inkişafı barədə fikir mübadiləsi aparılıb.
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb