Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçrəyə işgüzar səfəri çərçivəsində BMT-də akreditə olunmuş jurnalistlərin assosiasiyası üçün təşkil olunan brifinqdə iştirak edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ölkənin xarici siyasət prioritetləri, Azərbaycanın ikitərəfli və çoxtərəfli gündəliyi, regionda münaqişədən sonrakı vəziyyət və Ermənistan-Azərbaycan arasında normallaşma prosesi müzakirə olunan mövzular olub.