15 sentyabr 2023 12:24
636

"Azəriqaz": Son sutka ərzində 11 milyon kubmetrdən çox təbii qaz qəbul edilib

SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə 14 sentyabr 2023-cü il tarixində respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 11 milyon 630 min kubmetr təşkil edib, bu da ötən ilin müvafiq günü ilə müqayisədə 1 milyon 18 min kubmetr və ya 9,6% çoxdur.

“İki sahil” xəbər verir ki, bunu “Azəriqaz” İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində bildirib.

Şöbə rəisinin sözlərinə görə, Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 8 milyon 718 min kubmetr, regionlar üzrə isə bu rəqəm 2 milyon 914 min kubmetr təşkil edib.

“Sutka ərzində ümumi qəbulun 75 faizi Bakı şəhəri və Abşeron yarımadasının, 25 faizi isə regionların payına düşüb”, - deyə Rasim Əhmədov bildirib.

Şöbə müdiri onu da əlavə edib ki, qaz qəbulu həcmi hava şəraitindən asılı olan göstəricidir.