15 sentyabr 2023 12:27
726

Hərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi münasibətilə keçirdiyi silsilə tədbirlər davam etdirilir - FOTO

Hərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə keçirdiyi silsilə tədbirlər davam etdirilir.

Bu barədə "İki sahil"ə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyi ilə birgə N saylı hərbi hissədə keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, qazilərə şəfa arzulanıb.

Mərasimdə çıxış edən baş ədliyyə müşaviri Firad Əliyev və ədliyyə müşaviri Samir Əzimzadə əvvəlcə Baş prokuror Kamran Əliyevin və Hərbi Prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb. Bundan sonra həmin şəxslər “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədri, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, eləcə də hərbçilər və digər şəxslər müstəqillik yolumuzu və firavan gələcəyimizi işıqlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddətdə ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışıblar.

Çıxışlarda, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, o cümlədən hərbi prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

Ardınca Şəmistan Əlizamanlı vətənpərvər mahnılar oxuyub.

Tədbirdən sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.