Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 105-ci ildönümü münasibətilə sentyabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər qoyulub.

“İki sahil” xəbər verir ki, daha sonra YAP nümayəndələri Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə gül dəstələri düzülüb.
Ceyhun Bayramov Almaniya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Deputat: Son illərdə Azərbaycanın türk dünyasında oynadığı rol nəzərəçarpacaq dərəcədə artıb