16 sentyabr 2023 02:36
580

Koronavirus keçirmiş insanlar tromblaşma riski ilə üz-üzədirlər

Mütəxəssislər qan laxtalanmasının qarşısının alınması üçün bir sıra tövsiyələr verərək bildiriblər ki, son vaxtlar, xüsusən də koronavirus xəstələyi keçirmiş insanlarda bu problem yaranıb.

Onlar mütəmadi olaraq qan testləri etməyi məsləhət görürlər. Xüsusilə, “sinədə narahatlıq hissi" kimi bir simptom gözardı edilə bilməz.

Tromblaşma saniyələr içində ölümə səbəb olan bir haldır.

COVID-19-dan ciddi şəkildə təsirlənənlər üçün vaxtlı-vaxtında qan testləri etdirmək həyatı xilas edə bilər.

Bundan əlavə, mütəxəssislər uzun müddət davam edən ishal, səhərlər “boğulma həddinə qədər öskürək və baş ağrılarından əziyyət çəkən insanları sağlamlıqları haqqında düşünməyə çağırıb. Bu simptomlar koronavirusun, aktiv onkologiyanın, ürək və ağciyər xəstəliklərinin yan təsirlərini göstərə bilər.

Həkimlər, həmçinin həm gün ərzində, həm də yatmazdan əvvəl kifayət qədər su içməyi tövsiyə edirlər. Yatmazdan əvvəl bir stəkan su insult, infarkt və ayaq qıcolmalarının qarşısını ala bilər.

"Çox su içən və sağlam ürəyi olanların böyrək daşı xəstəliyindən əziyyət çəkmə ehtimalı da azalır”,- deyə onlar bildirirlər.

Nubar Süleymanova, “İki sahil”