19 sentyabr 2023 17:20
283

Respublikada elektrik enerjisi istehsalı artıb

2023-cü ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən ölkədə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 154,2 mln. kVt·st, yəni 0,8 % artaraq 19 245,2 mln. kVt·st olub.

"İki sahil" Energetika Nazirliyinə istinadən xəbər verir ki, 8 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 17 714,1 mln. kVt·st, SES-lərdə 1 282,0 mln. kVt·st, digər mənbələr üzrə isə 249,1 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 41,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 46,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 160,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 17 328,1 mln. kVt·st (İES-lərdə 16 132,0 mln. kVt·st, SES-lərdə 1 196,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 330,2 mln. kVt·st (İES-lərdə 211,7 mln. kVt·st, SES-lərdə 75,6 mln. kVt·st, Günəş ES-də 42,9 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 32,2 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 554,7 mln. kVt·st təşkil edib.

Ətraflı

2023-cü ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinin ixracı 1 530,6 mln. kVt·st, idxalı isə 169,3 mln. kVt·st olub.

Qeyd edək ki, 2023-cü ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 921,8 mln. kVt·st olub. Elektrik enerjisinin idxalı 11,6 mln. kVt·st, ixrac isə 253,5 mln. kVt·st təşkil edib.