21 sentyabr 2023 01:14
606

Monteneqroda qeyri-adi yarışma

Ən tənbəl vətəndaş kim olacaq?

“New York Post”un xəbərinə görə, Monteneqroda keçirilən tənbəllik üzrə illik çempionat yeni səviyyəyə yüksəlib. Müsabiqə 12 il əvvəl monteneqroluların tənbəl olması haqqında mifi ələ salmaq üçün təşkil edilib.

İştirakçıların yalnız bir vəzifəsi var - yerlərini tərk etmədən uzanmaq. Onların hər 8 saatdan bir tualetə getmək və noutbuklardan istifadə etmək üçün qalxmaq hüququ var.

Hazırda 21 iştirakçıdan 7 nəfəri “ən tənbəl vətəndaş” adı uğrunda mübarizə aparır. Ən uzun müddət dözə bilən qalib 1000 avro mükafat qazanacaq.

“Hamımız özümüzü yaxşı hiss edirik, səhhətimizlə bağlı heç bir problem yoxdur, bizi burada ərköyünləşirik, əlimizdən gələn yalnız uzanmaqdır”, - deyə müsabiqə iştirakçılarından biri bildirib.

Keçən il rekord 117 saata (5 gündən bir qədər az) çatmışdı, ancaq bu il müsabiqə 26 günü keçib və iştirakçılar sarsılmaz əzmkarlıq nümayiş etdirməkdə davam edirlər.

Xatırladaq ki, 10 avqust dünyada Beynəlxalq Tənbəllər Günü kimi qeyd edilir.

Nubar Süleymanova, “İki sahil”