19 sentyabr 2023 14:16
244

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün etibarlı tranzit ölkədir

Bu il sentyabr ayının 14-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak etdiyi Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirildi. Tədbirdə cənab Prezident İlham Əliyev çıxış etdi.

Çıxışı zamanı Ölkəmizin Başçısı bu il qardaş Tacikistana ikinci dəfə səfər etdiyini xatırladaraq Tacikistan Prezidentinin də Azərbaycana dövlət səfərini səbirsizliklə gözlədiyini bildirdi və dost Tacikistan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi.

Cənab Prezident İlham Əliyev ortaq mədəni köklərə sahib  Azərbaycan və Mərkəzi Asiya ölkələrini xalqların çoxəsrlik qardaşlıq münasibətləri bağladığını və ortaq dövlətlərarası əlaqələrin möhkəmlənməsində bunun mühüm amil olduğunu diqqətə çatdırdı. Otuz ildən artıq müddətdə bu ölkələr müstəqil dövlətlər kimi bir-birlərin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Cənab Prezident İlham Əliyev Mərkəzi Asiya və Azərbaycanı “artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region” kimi qiymətləndirdi.

Ölkəmizin Başçısı çıxışında ikitərəfli əməkdaşlığın mühüm meyarlarından sayılan qarşılıqlı ticarətin və sərmayələrin artımı haqqında məlumat verərkən  keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyənin 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə 50 faiz artdığını, birgə sərmayə fondları yaradıldığını və növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcminin razılaşdırıldığını bildirdi. Əməkdaşlıq dedikdə buraya sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələridir.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkə olduğunu, Şərq-Qərb marşrutu ilə yükdaşımalara tələbatın artdığı üçün Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirildiyini, gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacağını, Bakı Ticarət Limanının imkanları 15 milyon tondan 25 milyon tona qədər artırıldığını diqqətə çatdırdı.

Ölkəmizin başçısı çıxışının sonunda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın yaradılmasının 25 ilinin tamam oluduğunu, dəyərli dövlət başçılarına rəsmi dəvətlərin göndərildiyini və bu ilin noyabrında onları Bakıda Sammitdə görməkdən məmnun olacağını bildirdi.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri