19 sentyabr 2023 21:21
199

Masazırda onmərtəbəli yaşayış binasında yanğın olub, 8 nəfər təxliyə edilib

Masazırda onmərtəbəli yaşayış binasınında yanğın olub, 8 nəfər təxliyə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.