Ordubad şəhərinin qədim məhəllələrini əhatə edən ərazidə dövlət tarix-mədəniyyət qoruğu yaradılacaq.
“İki sahil” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.
Plana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Mədəniyyət Nazirliyi ilə birgə 2023-cü ildə Ordubad şəhərinin qədim məhəllələrini əhatə edən ərazidə dövlət tarix-mədəniyyət qoruğunun yaradılması ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanmasını təmin etməlidir. Eyni zamanda, 2023-cü il ərzində Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası; Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı üçün yeni binanın tikintisi ilə bağlı layihə sənədləri hazırlanmalıdır.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Neft bumu hamıya gülümsəyir” festivalının açılışı olub
Dünyaşöhrətli skripkaçı: Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində son dərəcə maraqlı tamaşalar izlədim
Azərbaycan nümayəndə heyəti Daşkənddə keçirilən beynəlxalq konqresdə iştirak edir