Ötən gün gün İsmayıllı Rayon İcra Hakimiyyətinin və YAP İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, YAP İsmayıllı rayon təşkilatında keçirilən tədbirdə RİH-nin əməkdaşkarı, idarə müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, YAP fəalları iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və ərazilərimizin bütövlüyü uğrunda canından keçən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə “Əsrin müqaviləsi”dən bəhs edən filmə baxılıb.
Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olmuşdur. Onlardan biri də 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi”dir. Bu müqavilə regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoyub.
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolunun böyük olduğunu bir daha diqqətə çatdırıb.
Fəlsəfə üzrə Elmlər namizədi Etibar Abdulov geniş məruzə ilə çıxış edərək bildirib ki, “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin edərək, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı. O çıxışında “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı ən böyük uğurun böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimiz olduğunu bildirib.
Digər çıxış edənlər tarixi günün əhəmiyətindən danışaraq, Ümumilli Liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin əvəzsiz olduğunu vurğulayıblar.
Sonda YAP sıralarına üzv olan gənclərə partiya üzvlük vəsiqələri təqdim olunub.