21 sentyabr 2023 16:06
605

Əmək şəraitinin yaxşılaşdırılması və təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsi məsələləri müzakirə edilib

Ağsu RQİİ-nin rəhbərliyinin növbəti görüşü Şamaxı xidmət sahəsinin əməkdaşları ilə keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə RQİİ-nin müdiri Vəli Sadıqov işçilərin əmək şəraitinin yaxşılaşdırılması ilə yaxından maraqlanıb.

Eyni zamanda, xidmət sahəsində təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin əməkdaşların qarşılaşdığı çətinliklər, onları maraqlandıran suallar dinlənilərək həlli ilə bağlı müvafiq qərar qəbul edilib.