21 sentyabr 2023 19:32
312

Qozlukörpü yaşayış məntəqəsi ərazisindəki mülki təyinatlı obyektdə sursat anbarı aşkar olunub - VİDEO

Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.

Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.