22 sentyabr 2023 08:00
202

Sabunçuda sərnişin avtobusu “KamAZ”la toqquşub, ölən var

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, 40 saylı sərnişin avtobusu hərəkətdə olarkən “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə avtobusda olan sərnişin, 1966-cı il təvəllüdlü Əliyeva Adikə İsa qızı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisənin təfərrüatı araşdırılır.