08 sentyabr 2024 00:28
267

Goranboyda 2 avtomobil toqquşub

Goranboy rayonunda kiçik tutumlu yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var.

“İki sahil” xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 1982-ci il təvəllüdlü T.Məmmədova və 1984-cü il təvəllüdlü A.Tağıyev xəsarət alıb.

Onlardan T.Məmmədova xəstəxanaya çatdırılıb, A.Tağıyev isə ambulator müalicə alıb və xəstəxanaya getməkdən imtina edib.

Faktla bağlı araşdırma aparılır.