"20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcədə çörək məhsulları Qarabağda yaşayan dinc sakinlərə göndərilir".
Bunu Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan FHN-nin xəttilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün ərzaq məhsullarının göndərilməsi həyata keçirilir: "Sentyabrın 22-də hər birini tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr və eləcədə iki ədəd içərisində çörək olan maşınlar Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı hazırda açıq olan, Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndinə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq".
M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib: "Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq".
"Report"